Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və "Xəzər Media Mərkəzi"nin rəhbərliyi arasında görüş olub.
Yeni əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə Agentliyin İdarə heyətinin sədri Mustafa Abbasbəyli, Xəzər televiziyasının baş direktoru Murad Dadaşov və digər şəxslər iştirak edib.
M.Abbasbəyli Agentliyin fəaliyyət istiqamətləri və rəqəmsal layihələr barədə məlumat verib, insan resursları sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Qeyd edilib ki, insan resursları fəaliyyətinin rəqəmsallaşdırılması, istedadların cəlb olunması prosesinin idarə olunması, əməkdaşların qiymətləndirilmə mexanizmləri və təcrübə mübadiləsi kimi məsələlərdə Agentlik "Xəzər Media Mərkəzi"nə dəstək göstərəcək.
Murad Dadaşov da birgə əməkdaşlığın nəticəsi olaraq "Xəzər Media Mərkəzi"nin daxili strukturunun daha da təkmilləşəcəyi və müasirləşəcəyinə ümid etdiyini bildirib.