Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli 1, 7, 8, 19 və 20 saylı Ərazi Məşğulluq filialları üzrə vətəndaşları qəbul edib.
Videoformatda keçirilən qəbulda vətəndaşlar özünüməşğulluq proqramı, mövcud vakansiyalar və peşə hazırlığı ilə bağlı müraciətlərini ediblər. M.Abbasbəyli vətəndaşlara “Məşğulluq” altsistemində mövcud olan vakansiyalara müraciət qaydaları barədə məlumat verib, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məşğulluq tədbirlərinə müraciət qaydalarını izah edib.
Əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.