Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində tələbələr üçün təlim keçirilib.
İlk olaraq tələbələrə məşğulluq sahəsində həyata keçirilən islahatlar barədə məlumat verilib. Daha sonra Agentliyin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov dünyada postpandemiya dövründə biznes istiqamətləri, həmin bizneslərin əmək bazarında yaradacağı vəziyyət, baş verən dəyişikliklər fonunda tələbələrin əmək bazarının tələblərinə hazırlıqlı olması kimi mövzularda təqdimat edib.
Təlim sual-cavab formatında davam edib.