Türkiyə İş Qurumu Baş İdarəsinin nümayəndələri Qubada səfərdə olub

Nümayəndə heyəti məşğulluq filialında iş prosesi ilə tanış olub

 

Azərbaycanda işgüzar səfərdə olan Türkiyə İş Qurumu Baş İdarəsinin (İŞKUR) İdarə Heyətinin sədr müavini Samet Günəşin rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonunda səfərdə olub.

 

Səfər çərçivəsində Agetliyin Quba-Xaçmaz Regional Məşğulluq filialına da gedən nümayəndə heyəti burada vətəndaşların qəbulu, işsiz və işaxtaran şəxslərə göstərilən məşğulluq xidmətləri və xidmətlərin həyata keçirilməsi prosedurları ilə tanış olublar. İki ölkənin təcrübəsi müzakirə olunaraq xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Daha sonra qonaqlar Filial ilə Bakı Peşə Hazırlığı Mərkəzinin birgə təşkil etdiyi “Ofisiant” peşəsi üzrə hazırlıq kursunu bitirən şəxslərə sertifikatların təqdim olunması tədbirində iştirak ediblər. Bildirilib ki, müdavimlər “MACARA CLUB TOURİSM, HOSPİTALİTY AND MANAGMENT” MMC-də işlə təmin olunacaqlar.  

 

İŞKUR-un nümayəndələri səfər zamanı Quba Soyqırımı Memorial Kompleksi və Azərbaycan-Türkiyə Qardaşlıq Parkını da ziyarət edib.