Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Turizm Bürosunun nümayəndələri arasında görüş olub.
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinə həsr olunan görüşdə layihənin gedişatı, monitorinqi, regionların təcrübələri və hesabatlılığı barədə müzakirələr aparılıb. Qeyd edilib ki, layihənin icra olunduğu Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında yaşayan, turizm sahəsində biznes fəaliyyəti ilə məşğul olmaq və ya özünüməşğulluğunu təmin etmək istəyən vətəndaşlardan ümumilikdə 226 müraciət daxil olub.
Görüşdə həmçinin, Agentlik və Büro arasında mövcud əməkdaşlıq istiqamətləri və gələcəkdə birgə layihələrin icrası təklifləri müzakirə edilib.