Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “Tələbə İnkişaf Platforması (TİPx)” çərçivəsində “TİPx 7: Yenilən” konfransı keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr üçün keçirilən ilin son tədbirində spikerlər "Atalar üçdən deyib", "Yeni ildə necə daha irəli gedək?", "Müasir dövrün açar sözləri", "Uyğunlaş yeniliyə" kimi mövzularla çıxış ediblər, arzulanan peşə sahəsi, özünə inam kimi xüsusiyyətlərə yiyələnməyin yolları barədə öz təcrübələrini bölüşüb, tövsiyələrini çatdırıblar.
Qeyd edək ki, interaktiv formatda keçirilən "TİPx 7: Yenilən” konfransında müxtəlif universitetlərdən 160-dan çox tələbə iştirak edib. Ümumilikdə, il ərzində platforma çərçivəsində keçirilən 7 konfransa 1300-dən artıq tələbə qatılıb.