Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduTələbələr xaricdə qısamüddətli təhsil və təcrübə proqramları barədə məlumatlandırılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən 28 oktyabr tarixində Xəzər Universitetində tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” çərçivəsində növbəti “TİPx 5: Limitsizsiniz” konfransı keçiriləcək.
Məqsəd tələbələri xaricdə qısamüddətli təhsil və təcrübə proqramları barədə məlumatlandırmaq, şəxsi inkişaf, sərbəst iş rejimi, peşəkar əmək fəaliyyəti üzrə təcrübə və tövsiyələrin paylaşılması, onlara karyera planlaması istiqamətində dəstək olmaqdır.
Tədbirin mövzuları:
•Əngəllər yalnız beynimizdədir
•İşimizin "ustası" necə olaq?
•Xaricdə qisamüddətli təcrübə təhsil imkanları
•Sərbəst iş rejiminin üstünlükləri
Konfransa müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri qatıla bilər. İştirak üçün onlayn qeydiyyat formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.
Son qeydiyyat tarixi: 26 oktyabr, 2022
Qeydiyyat linki: http://shorturl.at/qCEF6
Gəl, sərhədləri birgə aşaq!
Keçirilmə tarixi: 28 oktyabr, saat 15:00