Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduTələbələr müasir çağırışlar və əmək bazarının tələbləri barədə məlumatlandırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən ADA Universitetində tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” çərçivəsində növbəti “TİPx 4: Fürsətdən inkişafa” konfransı keçirilib.
Yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən konfransda Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatı Nigar Arpadarai, ADA Universitetinin Təşkilat və insan resursları departamentinin rəhbəri Gülnur İsparova, İşçi qüvvəsi üzrə baş menecer Tural Hümbətov iştirak edib.
“İstiqamət sürətdən daha vacibdir” mövzusu ilə çıxış edən Mustafa Abbasbəyli ilk olaraq Dövlət Məşğulluq Agentliyinin ana missiyalarından birinin gənclərin əmək bazarına düzgün hazırlanması olduğunu qeyd edib. Gənclərlə öz təcrübələrini bölüşən Agentlik sədri uğurlu karyeraya gedən yollardan bəhs edib. Bildirib ki, uğur əldə etmək üçün karyeranı əvvəlcədən düzgün planlamaq, məqsədli və qərarlı olmaq əsas şərtdir. Müasir çağırışlar və əmək bazarının tələbləri barədə də məlumat verən M.Abbasbəyli gənclərə gələcəyin peşələri ilə tanış olmağı, təhsilə önəm verməyi və çox çalışmağı tövsiyə edib.
Daha sonra digər spikerlər “Tələbəlik dövrünü necə məhsuldar edək”, “Könüllülük fəaliyyətinin karyera planlamasında rolu”, “Təhsildən karyera uğurlarına” kimi mövzularda çıxış ediblər. Konfrans sual-cavab sessiyası ilə başa çatıb.
Qeyd edək ki, “TİPx 4: Fürsətdən inkişafa” konfransında müxtəlif universitetlərdən 120-ə yaxın tələbə iştirak edib. Ümumilikdə platforma çərçivəsində keçirilən görüşlərə 600-ə yaxın tələbə qatılıb. Məqsəd tələbələri təhsil fürsətləri barədə məlumatlandırmaq, onlara özünüinkişaf və karyera planlaması istiqamətində dəstək olmaqdır.