Dövlət Məşğulluq Agentliyində “Təlimçilərin Təlimi” proqramı həyata keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən kadr potensialının daha da gücləndirilməsi, orta və yuxarı idarəetmə vəzifələri üzrə tələb olunan bilik və bacarıqların təkmilləşdirilməsi məqsədilə “Təlimçilərin Təlimi” proqramı həyata keçirilib.

 

Bu proqram çərçivəsində iştirakçılara “Öyrənmə prosesinin təşkili”, “Təlim hazırlığının əsasları”, “Təlim ehtiyaclarının təhlili”, “Natiqlik”, “Təqdimat bacarıqları” və digər mövzularda təlimlər keçirilib. Proqramın sonunda 8 daxili təlimçi yetişdirilərək Agentlikdə fəaliyyətlərini təlimçi olaraq davam etdirmək şansı əldə ediblər.

 

Təlimlərin həyata keçirilməsi vətəndaşlara göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş tədbirlər proqramının tərkib hissəsidir.