Tələbə və şagirdlər üçün “Karyera planlaması” mövzusunda təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filialları tərəfindən tələbə və şagirdlərə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi prosesi davam edir.

 

Bu dəfə Quba-Xaçmaz və Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Biləsuvar rayonu Şıxəli Qurbanov adına şəhər 2 nömrəli tam orta məktəb, X.Qafarov adına İsmətli kənd tam orta məktəbində və Dövlət Pedaqoji Universitetinin Quba filialında “Karyera planlaması” mövzusunda təlim keçirilib.

 

Tələbə və şagirdlər karyera planlaması və onun üstünlükləri, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq kimi mövzular barədə məlumatlandırılıb, iştirakçılarla test tapşırığı icra olunub.

 

Təhsil müəssisələrində peşəyönümü təlimlərinin keçirilməsində məqsəd hədəf qruplarının karyera planlamasına istiqamət vermək və peşə seçimində dəstək olmaqdır.