“Tələbə klubu” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən universitetlərlə birgə “Tələbə klubu” layihəsi həyata keçirilir.

 

Layihə çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Biznes Universitetində tələbələr üçün “4 səhv 1 düzü aparmır” mövzusunda seminar və təlimlər keçirilib.

 

Görüşdə tələbələrə universitet illərini necə faydalı keçirməli, əmək bazarının tələbləri və  əmək bazarına daxil olmaq üçün əsas istiqamətlər barədə məlumatlar verilib. Xüsusilə dördüncü kurs tələbələri üçün keçirilən təlimlərdə isə karyera planlaması haqqında təqdimatlar edilib.

 

Görüşlərdə ümumilikdə 744 tələbə iştirak edib.