Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu“Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində bu dəfə Qazaxda 200-ə yaxın tələbənin iştirakı ilə seminar keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı və Qazax-Tovuz Regional Məşğulluq filialının əməkdaşlığı çərşivəsində baş tutan seminarda Qazax Dövlət Sosial-İqtisad Kolleci və Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri iştirak edib.
Tələbələrə düzgün karyera planlaması, əmək bazarında tələb edilən bacarıqlar, effektiv CV hazırlığı, iş axtarışı yolları kimi mövzularda təqdimatlar edilib.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, əlavə olaraq “Alo Karyera” dəstək xidməti və “CV Yarat” platforması barədə məlumat verilib.
“Tələbə İnkişaf Platforması” çərçivəsində regionlarda təhsil alan tələbələrlə görüşlərin keçirilməsi davam etdiriləcək.