Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin "DOST İş" Mərkəzi ilə birgə başlatdığı “Təbiəti qoruyaq” adlı yeni məşğulluq layihəsi çərçivəsində Milli Parklarda təmizlik işlərinin aparılmasına başlanılıb. Göygöl rayonu üzrə Göygöl və Maralgöl Milli Parkı, Lənkəran rayonu üzrə Hirkan Milli Parkı, Salyan rayonu üzrə Şirvan Milli Parkında aparılan təmizlik işlərinə ümumilikdə 80 sosial işçi cəlb edilib.
Növbəti mərhələdə Bakı şəhəri üzrə Novxanı, Türkan, Hövsan, Şıxov, Bilgəh, Buzovna, Mərdəkan, Şüvəlan, Zuqulba, Pirşağı və Sumqayıt çimərliklərdə (2 ay müddətində) təmizlik və abadlıq işləri aparılacaq. Habelə layihə çərçivəsində Tərtər, Bərdə, Siyəzən, Xaçmaz, Şəmkir, Tovuz, Yevlax, Zərdab, Ağdaş, saatlı, sabirabad, Ağcabədi, Lənkəran, Masallı rayonlarında ağacəkmə kampaniyası (2 ay müddətində) təşkil ediləcək.
Layihə işsiz və işaxtaran şəxslərin məşğulluğuna dəstək məqsədi daşıyır və haqqı ödənilən ictimai işlərin əhatə dairəsini genişləndirəcək.