Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Sosial sahibkarlıq mövzusunda görüş keçirilib. Görüşdə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndləri iştirak edib.
Görüşdə sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, həssas qruplar üçün layiqli məşğulluq imkanlarının formalaşdırılması, onların cəmiyyətə inteqrasiyası və sosial sahibkarlığın təşviqi prioritet istiqamətlərdən biridir.
Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial cəhətdən həssas əhali quruplarının, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və kiçik biznesə yiyələnmələri üçün bir sıra işlər görülür və məşğulluq tədbirlərinin icrası zamanı onlar üstün hüquqa malikdirlər.
Görüşdə eyni zamanda sosial sahibkarlıq ilə bağlı qanunvericilik layihəsinin hazırlanması barədə fikir mübadiləsi aparılıb, bu məqsədlə işçi qrupunun formalaşdırılması barədə ilkin razılıq əldə edilib.