Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının təşkilatçılığı ilə işəgötürənləri məlumatlandırmaq məqsədilə silsiləvi görüşlər təşkil olunub.
Bakı şəhərində fəaliyyət göstərən 26 işəgötürənin iştirak etdiyi görüşlərdə əmək münasibətlərində əlçatanlığın, operativliyin və keyfiyyətli xidmətin təmin olunması məqsədilə işəgötürənlərə dəstək mexanizmlərini əhatə edən proqram və layihələr barədə ətraflı məlumat verilib, Agentliyin fəaliyyət istiqamətlərini əks etdirən təqdimat edilib.
Daha sonra “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi” proqramı, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin əmək bazarına inteqrasiyasının təmin edilməsi istiqamətində müzakirələr aparılıb.
Keçirilən görüşün qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yanaşı, gələcəkdə sıx əməkdaşlıq münasibətlərinin formalaşdırılmasına dəstək olduğu qeyd edilib.