Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının təşkilatçılığı ilə “Siyəzən rayonunda 2022-ci il Ərazi Məşğulluq Proqramının icrası” mövzusunda işəgötürənlərlə görüş keçirilib.
Dövlət qurumlarının və özəl şirkətlərin nümayəndələrinin iştirak etdiyi görüşdə 2022-ci ildə Siyəzən rayonunda Ərazi Məşğulluq Proqramının icrası çərçivəsində görülmüş işlər barədə məlumat verilib, qarşıda duran məsələlər müzakirə edilib.
Quba-Xaçmaz Regional Məşğulluq filialının müdiri Ramal Quluzadə Agentliyin həyata keçirdiyi layihələrdən, aparılan struktur islahatlarından danışıb, Siyəzən rayonunda fəaliyyət göstərən müəssisələri aktiv əməkdaşlığa dəvət edib. Müəssisələrlə birgə həyata keçirilən “Açıq qapı” tədbirləri, peşə hazırlığı kursları maraqla qarşılanıb.
Yekunda müəssisələrin sualları cavablandırılıb, qarşılıqlı əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.
İşəgötürənlərlə digər bir görüş Göyçay Peşə Hazırlığı Mərkəzində keçirilib. Görüşdə işəgötürənlərə Mərkəzin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib. İşaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunmasında sosial tərəfdaşlarla əməkdaşlığın qurulmasının Agentliyin fəaliyyətində prioritet istiqamətlərdən biri olduğu qeyd olunub. Həmçinin, Mərkəz tərəfindən təşkil olunan peşə hazırlığı kurslarının təşkili mexanizmi, əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanıb işlə təmin olunması istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb.
Sonda Göyçay Peşə Hazırlığı Mərkəzi tərəfindən təşkil olunması planlaşıdırılan peşə hazırlığı kursları barədə işəgötürənlərə məlumat verilib.