Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin bu dəfə Şəmkir rayonunda vətəndaş qəbulu baş tutub.
Qəbulda Gədəbəy və Şəmkir rayonlarından vətəndaşlar iştirak edib. Ümumilikdə 12 şəxsin qatıldığı qəbulda müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
Qeyd edək ki, növbəti vətəndaş qəbulu 27 iyul 2022-ci il tarixdə Bərdə şəhərində baş tutacaq. Bərdə və Tərtər rayon sakinləri qəbula yazılmaq üçün 25 iyul saat 14:00-dək 020-205-13-83 telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.