Şəhidlərimiz Rəfail İşiyev və Nəcəf Şikarovun ailələri ziyarət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Rüfət Cavadov Vətən müharibəsi şəhidləri İşiyev Rəfail Əhmədağa oğlu və Şikarov Nəcəf Şikar oğlunun ailələrini ziyarət edib.

 

Şəhidlərimizin xatirəsi yad edilib, onların hərbi əməliyyatlar zamanı göstərdikləri şücaətlərdən bəhs olunub.

 

Hər iki şəhidin ailələri ilə bağlı sosial dəstək tədbirləri həyata keçirilib, həmçinin onların məşğulluq məsələlərinin həllinə kömək göstərilib. 

 

Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid Rəfail İşiyevin bacısı Şəlalə Bağırova gözəllik salonu, şəhid Nəcəf Şikarovun həyat yoldaşı Xurşud Şikarova isə kiçik dərzi sexi zərfi üzrə özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub.

 

Görüşlərdə hər iki ailənin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacaqları bildirilib.