Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, İdarə Heyəti sədrinin müşaviri Anar Həsənli və Bakı Regional Məşğulluq filialının müdiri Müseyib Əliyev Vətən müharibəsi şəhidləri Teymurov Vüsal Zakir oğlu və Kəlbiyev Telman Yadigar oğlunun ailələri ilə görüşüb.
Şəhidlərimizin xatirəsi yad edilib, onların hərbi əməliyyatlar zamanı göstərdikləri şücaətlərdən bəhs olunub.
Hər iki şəhidimizin ailələri ilə bağlı sosial dəstək tədbirləri həyata keçirilib, həmçinin onların məşğulluq məsələlərinin həllinə kömək göstərilib.
Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid Vüsal Teymurovun bacısı Könül Teymurova gözəllik salonu, şəhid Telman Kəlbiyevin həyat yoldaşı Günay Kəlbiyeva isə un məmulatları istehsalı zərfi üzrə özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub.
Görüşlərdə hər iki ailənin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacaqları bildirilib.