Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev Vətən müharibəsi şəhidləri İbrahimli Məhəmmədəli Mütəllim oğlu və Yusifov Ramil Mürsüd oğlunun ailələrini ziyarət edib.
Şəhidlərimizin xatirəsi yad edilib, onların hərbi əməliyyatlar zamanı göstərdikləri şücaətlərdən bəhs olunub.
Hər iki şəhidin ailələri ilə bağlı sosial dəstək tədbirləri həyata keçirilib, həmçinin onların məşğulluq məsələlərinin həllinə kömək göstərilib.
Şəhid Məhəmmədəli İbrahimlinin qardaşı Məhəmməd İbrahimli avtotəmizləmə xidmətləri, şəhid Ramil Yusifovun həyat yoldaşı Zeynəb Yusifova isə qadın gözəllik salonu zərfi üzrə özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunublar.
Görüşlərdə hər iki ailənin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacaqları bildirilib.