Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli Ramazan bayramı ərəfəsində şəhid Vüsal Həsənovun ailəsini ziyarət edib.
Vüsal Həsənov 44 günlük Vətən müharibəsində Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 7 oktyabr 2020-ci ildə elə həmin döyüşlərdə şəhid oub.
Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda" medalları ilə təltif olunub.
Şəhidimizin ailəsi dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunub. Ailəyə müvafiq sosial ödənişlər edilir, eyni zamanda şəhidin anasının məşğulluğuna dəstək göstərilib.