Regional Məşğulluq filiallarında şəhid uşaqları ilə görüşlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə şəhid uşaqları ilə görüşlər təşkil edilib.

 

Şəhid olmuş qəhrəmanlarımızın övladları filialların kollektivi və iş prosesi ilə tanış olublar. Onlara Agentliyin fəaliyyəti barədə məlumat verilib, peşəyönümü məsləhət xidmətləri göstərilib.

 

Regional Məşğulluq filiallarının kollektivi uşaqları bayram münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim olunub. Uşaqların istək və arzuları öyrənilib, sualları cavablandırılıb.