Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin rəhbər şəxsləri Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşüb.
Agentliyin sədr müavinləri Cəmaləddin Quliyev, Nihad Muxtarlı və Ülvi Abasquliyev şəhid Samir Xəlili və Muxtar Qasımlının ailə üzvləri, qazi Rüstəm Behbudov, Azad Qədirli, Elçin Sultanov, Vüqar Həsənov, Kənan Balakişiyev və Vüqar Məmmədzadə ilə görüşərək onların sosial vəziyyəti ilə maraqlanıb.
Məlumat verilib ki, postmüharibə tədbirləri çərçivəsində həm şəhid ailələrinin, həm də qazilərimizin məşğulluğunu təmin etmək məqsədilə bir sıra işlər görülüb. Belə ki, şəhid Samir Xəlilinin atası Əhməd Xəlilov “Avtoçilingər” zərfi üzrə, şəhid Muxtar Qasımlının atası Əli Qasımov “Meyvə qurutma” zərfi üzrə, qazi Rüstəm Behbudov “Çatdırılma xidməti” zərfi üzrə, Azad Qədirli “Qoyunçuluq təsərrüfatı” zərfi üzrə, Elçin Sultanov “Kiçik foto atelye” zərfi üzrə, Kənan Balakişiyev "İribuynuzlu heyvandarlıq" zərfi üzrə, Vüqar Məmmədzadə isə “Avtoçilingər” zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilib. Hazırda onlar üçün kiçik təsərrüfatların qurulması istiqamətində işlər görülür. Həmin tədbirlər çərçivəsində qazi Vüqar Həsənov öz istəyi əsasında "Cybernet" MMC-də iş ilə təmin edilib.
Ailələrin sosial vəziyyətlərinin daim diqqətdə olduğu, onların sosial dəstəklə təminatı işlərinin bundan sonra da davam edəcəyi bildirilib.