Şamaxıda vətəndaş qəbulu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin Şamaxıda vətəndaş qəbulu olub.

 

Qəbulda Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarının ümumilikdə 16 vətəndaş iştirak edib.

 

Müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.

 

Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

 

Qeyd edək ki, növbəti vətəndaş qəbulu 15 iyul 2022-ci il tarixdə Lerik şəhərində baş tutacaq. Qəbulda Lənkəran şəhəri və Lerik rayon sakinləri iştirak edə bilərlər.