Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Məşğulluq filialı tərəfindən Şamaxı şəhərində əmək yarmarkası keçirilib.
Yarmarkada filialın müdiri Aslan Rəhimov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və digər rəhbər şəxslər iştirak edib.
Yarmarkaya 25 dövlət qurumu və özəl müəssisə tərəfindən ümumilikdə 262 vakansiya təqdim edilib.
Qeyd edək ki, yarmarkanın keçirilməsində əsas məqsəd gənclərin ixtisas yönümlü karyerasının dəstəklənməsi, işsiz və işaxtaranlar üçün uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.
Yarmarkada 450-dən çox işsiz və işaxtaran şəxs iştirak edib. İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.