Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduGöyçay Peşə Hazırlığı Mərkəzi və Şəki-Zaqatala Məşğulluq filialının birgə təşkilatçılığı ilə Qax, Şəki, Zaqatala, Sabirabad rayonlarında və Şirvan şəhərində fəaliyyət göstərən işəgötürənlərin iştirakı ilə görüş keçirilib.
Görüşdə işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığı kurslarının təşkili mexanizmi, əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanıb işlə təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib.
Bununla yanaşı, görüşdə işəgötürənlərlə qarşılıqlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin peşə hazırlığı kurslarının təşkilində əhəmiyyətli rol oynadığı qeyd olunub.