Qərarvermədə gənclərin iştirakına həsr olunmuş dəyirmi masa keçirilib

Azərbaycanda qərarvermədə gənclərin iştirakına həsr olunmuş dəyirmi masa keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Avropa İttifaqı Gənclər üçün proqramı, Education HUB və Gender HUB ilə birgə əməkdaşlıq çərçivəsində keçirilən tədbir Avropa İttifaqı Gənclər üçün proqramı (EU4Youth) və Şərq Tərəfdaşlığı ölkələri ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən "Gənclərin cəlb olunmasına dair Yol Xəritəsi" layihəsi çərçivəsində baş tutub.

 

Tədbirin açılış mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, Agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirlərinin əsas hədəflərindən biri də gənclərin məşğulluğu, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsidir.  Agentlik sədri qeyd edib ki, gənclərin əmək bazarında rəqabətliliyə hazır olması üçün müxtəlif platformaların yaradılması işləri aparılır.

 

Tədbirdə gənclərin 2 gün ərzində tövsiyələr hazırlayaraq Azərbaycanda gənclərlə işləyən bütün aidiyyəti tərəflərə təqdim etməsi qərara alınıb.