Vətən müharibəsi iştirakçısı olan DMA əməkdaşları “Qələbənin imza günü” sərgisində

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Vətən müharibəsi iştirakçısı olan bir qrup əməkdaşı Space TV tərəfindən təşkil olunan “Qələbənin imza günü” sərgisini ziyarət edib. 

 

Sərgidə Suqovuşanın, Şuşanın azad olunması zamanı şəhid döyüşçülərimizin, qazilərimizin, müharibə iştirakçılarının savaş dövründə divarlara əks etdirdikləri yazıların, avtoqrafların fotoları nümayiş etdirilir. 

 

Qeyd edək ki, möhtəşəm zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində Dövlət Məşğulluq Agentliyinin Aparatı və regional filiallarının ümumilikdə 28 əməkdaşı iştirak edib. Vətən müharibəsində göstərdikləri xidmətlərə görə onlar prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən müharibəsi iştirakçısı” medalı; “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və digər medallarla təltif olunublar.