Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli növbəti dəfə onlayn qaydada vətəndaşları qəbul edib. Budəfəki qəbulda 1, 5, 10 və 20 saylı Ərazi məşğulluq filialları üzrə vətəndaşlar iştirak edib.
Vətəndaşlar əsasən iş ilə təminat, peşə hazırlığı kursu, özünüməşğulluq proqramı ilə bağlı müraciətlərini ediblər. M.Abbasbəyli vətəndaşlara “Məşğulluq” altsistemində mövcud olan vakansiyalara müraciət qaydaları barədə məlumat verib. Vətəndaşlara münasib iş üçün göndəriş verilməsi ilə bağlı ərazi məşğulluq filiallarına tapşırıq verib.
Eyni zamanda, özünüməşğulluq proqramı ilə bağlı müraciət edən şəxslərə proqramın həyata keçirilmə mərhələləri barədə məlumat verilib. Araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
Qeyd edək ki, cari ilin 10 ayı ərzində Dövlət Məşğulluq Agentliyinin İdarə heyəti tərəfindən ümumilikdə 67 onlayn vətəndaş qəbulu keçirilib.