Qəbələdə əmək yarmarkası təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Qəbələ rayonunda əmək yarmarkası keçirilib.

 

Yarmarkaya işəgötürənlər tərəfindən 200-dən çox vakansiya təqdim edilib.

 

İşəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə vakansiyalar üzrə müraciət edən şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.

 

Yarmarkada həmçinin, vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə də məlumat verilib, bu aktiv məşğulluq tədbirlərindən yararlanmaq istəyən şəxslərin qeydiyyatı aparılıb.

 

İşsiz və işaxtaranların münasib işlərlə təminatı məqsədi daşıyan yarmarkada eyni zamanda, iştirakçılara uyğun iş sahələrində təcrübə imkanlarının yaradılması da təmin edilib.