Qəbələ və Salyanda işəgötürənlərlə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala və Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən işəgötürənlərin iştirakı ilə dəyirmi masa təşkil olunub.

 

Görüşdə ilk olaraq işəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib. 

 

Daha sonra sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi qaydası, digər məşğulluq tədbirləri və peşə hazırlığının təşkili barədə təqdimat edilib, işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.

 

Sonda Agentliyin fəaliyyət istiqamətlərindən faydalanan işəgötürənlərin fikirləri və tövsiyələri dinlənilib.