Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 27 min şəxs məşğulluq tədbirlərinə cəlb olunub

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 27 min şəxsin məşğulluğu təmin edilib.  

 

Onlardan 12,9 min şəxs özünüməşğulluq proqramına, 1161 şəxs isə peşə hazırlığına cəlb olunub. Peşə hazırlığını uğurla bitirən müdavimlərin məşğulluğunun təmin olunması istiqamətində işlər görülüb.

 

Həmçinin 13 mindən çox şəxs münasib işlərlə təmin edilib. Hazırda daha 5,6 min nəfərin məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində iş aparılır.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz