Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “PGM Caspian” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Əməkdaşlıq sənədini Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və “PGM Caspian” MMC-nin direktoru Yusif Məmmədli imzalayıb.
Memoranduma əsasən Agentliyin nəzdində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzində təlim tədris prosesinin beynəlxalq standartların tələblərinə uyğun təşkili, təlim tədris prosesinin, pedaqoji heyətin, təhsil ekspertlərinin və mentorların qabaqcıl beynəlxalq təcrübələrin mübadiləsinin həyata keçirilməsi, laboratoriya və emalatxanaların yaradılması üçün texniki məsləhətləşmələrin aparılması, beynəlxalq sertifikatlaşma prosedurlarının tətbiqi, birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq ediləcək.
Sənəddə Agentliyin və Müəssisənin nümayəndələrindən ibarət birgə İşçi Qrupunun yaradılması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün imkanların araşdırılması kimi məsələlər də yer alıb.