Universitet tələbələri ilə peşəyönümü məsləhət görüşləri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları tərəfindən “Tələbə inkişaf platforması” çərçivəsində Gəncə və Mingəçevir şəhərlərində universitet tələbələri üçün peşəyönümü məsləhət görüşləri keçirilib.

 

Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universitetində keçirilən görüşlərdə tələbələrə "Tələbəlik illərində 5 səhv", "Karyera planlamasında mən" və "Dəyərini indidən artır" kimi mövzularda təqdimatlar edilib. Görüşlərdə ümumilikdə 207 tələbə iştirak edib.

 

Qeyd edək ki, “Tələbə inkişaf platforması” çərçivəsində digər universitetlərdə də bu cür görüşlərin keçirilməsi nəzərdə tutulub.