Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə keçirilən Peşələr Festivalına başlanıb və festivala Şamaxı rayonunda start verilib.
Festivalda Agentliyin idarə Heyətinin sədri Mustafa Abbasbəyli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, millət vəkili Tamam Cəfərova, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.
Tədbirin açılışı zamanı ölkəmizdə insan kapitalının inkişaf etdirilməsinin Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğu, peşələr festivalının da bu hədəfə xidmət etdiyi vurğulanıb. Yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib.
Bildirilib ki, ölkənin 10 rayon və şəhərində “Öyrən, Əylən, Peşəni seç” devizi ilə, müxtəlif peşələr üzrə eksperlərin iştirakı ilə keçiriləcək festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcək.
Onlar peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatlar, peşələrlə əyani şəkildə tanış olmaq imkanı əldə edəcək.
Sonra qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.
Layihə çərcivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçirilir.
Növbəti festival 17 may 2022-ci il tarixində Sumqayıt şəhərində, “Sülh göyərçini” abidəsinin yanında keçiriləcək. Festivalda iştirak ödənişsizdir.
Öyrən, əylən, peşəni seç!
Ətraflı məlumat üçün: https://peshelerfestivali.az/