“Peşəkar Karyera Məsləhətçisi” layihəsi iştirakçılarına sertifkatlar verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən Azərbaycan Universitetlərinin Karyera mərkəzlərində çalışan əməkdaşları üçün təşkil edilən “Peşəkar Karyera Məsləhətçisi” silsilə təlim kursu başa çatıb.

 

3 ay davam edən təlim kursunun məqsədi, Karyera mərkəzlərinin əməkdaşlarının şəbəkələşməsinə dəstək göstərmək, peşəkar karyera məsləhətçilərinin bilik və bacarıqlarının artırılmasına töhfə vermək və mövcud çətinlikləri müzakirə edib, hazırkı yerli təcrübələri və mümkün həll yollarını bölüşməkdən ibarətdir.

 

Təlimlər Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının yerli və beynəlxalq təcrübəyə malik ekspertləri tərəfindən keçirilib. Ümumilikdə 52 saatdan ibarət olan təlim kursu, 14 onlayn və 1 əyanı görüş formatında baş tutub.

 

Kursu uğurla bitirən 18 nəfərə sertikatlar təqdim edilib. Bağlanış mərasimində gələcəkdə birgə keçirilməsi planlaşdırılan layihələr və əməkdaşlıqlar barədə ətraflı müzakirələr aparılıb.