“Peşəkar Karyera Məsləhətçisi” təlim kursuna müraciət qəbulu aparılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Peşəkar Karyera Məsləhətçisi” adlı təlim kursuna start verilir. Agentliyin Mərkəzi Karyera filialının təşkil etdiyi təlim kursu Azərbaycan Universitetlərinin Karyera mərkəzlərində çalışan əməkdaşlar üçün nəzərdə tutulub.

 

Kursun məqsədi karyera mərkəzlərinin əməkdaşlarının şəbəkələşməsinə dəstək göstərmək, peşəkar karyera məsləhətçilərinin bilik və bacarıqlarının artırılmasına töhfə vermək, mövcud çətinlikləri müzakirə edərək yerli təcrübələri və həll yollarını bölüşməkdən ibarətdir.

 

Təlimlər Agentliyin karyera planlaması üzrə ekspertləri tərəfindən keçiriləcək. Proqrama 14 onlayn təlim və 3 əyani şəbəkələşmə görüşü daxildir. Kursun müddəti isə 2 aydır.

 

Müraciət üçün link: 

https://docs.google.com/forms/d/e/1FAIpQLScJPWVS2RGldQhK_nFKB73bRkCQ4xZ4FNQS9eXZO-oNRukzUQ/viewform

 

Son müraciət tarixi: 22 fevral 2022-ci il