Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Dünya Bankının “Azərbaycanda Məşğulluğa dəstək” layihəsinin ekspertləri ilə görüş keçirilib.
Görüşdə Agentlik tərəfindən peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və effektivliyinin artırılması, dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə, bu sahədə çevikliyin və rəqabətliliyin təmin olunması, mövcud peşə istiqamətləri ilə bağlı yeni təlim-tədris materiallarının hazırlanması, mövcud tədris materiallarının yenilənməsi istiqamətində müzakirələr aparılıb.
Müzakirələr zamanı əmək bazarında zəruri hesab olunan peşə və ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsi, tədris proqramlarının müasir standartların tələblərinə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin uğurlu təcrübələrinin öyrənilməsi və ölkəmizdə tətbiq edilməsi istiqamətində təkliflər verilib.