Peşə hazırlığının həyata keçirilməsi üçün müraciət edən müəssisələrlə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində peşə hazırlığının həyata keçirilməsi üçün müraciət edən müəssisələrlə görüş keçirilib.

 

Görüşdə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili” qaydasına edilmiş dəyişikliyə əsasən peşə hazırlığı kurslarının dövlət-özəl əməkdaşlığı çərçivəsində həyata keçirilməsi, Agentliyə peşə hazırlığının təşkili üçün yeni müraciət edən və hazırda əməkdaşlığı davam edən müəssisələrdə peşə hazırlığının təşkili prosedurunun optimallaşdırılması və effektivliyinin artırılması, bu sahədə çevikliyin və rəqabətliliyin təmin olunması istiqamətində görüləcək işlər müzakirə edilib.

 

Həmçinin qeyd edilib ki, peşə hazırlığının təşkilində iştirak edən bütün müəssisələrin rəy və təklifləri nəzərə alınaraq prosesin daha təkmil şəkildə icrası yönündə işlər aparılır.