Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq filialı İstirahət Kompleksləri ilə əməkdaşlığa başlayır.
Birgə əməkdaşlıq çərçivəsində ilkin mərhələdə 282 vakansiya üzrə uyğun namizədlər seçiləcək, ilk olaraq onlar peşə hazırlığına cəlb ediləcəklər, daha sonra isə məşğulluqları təmin olunacaq.
Vakansiyalar nəqliyyat, təchizat və təminat, kadrlar, qida sahəsi, məişət və təmizlik, qəbul-qeydiyyat, qonaqlama xidməti, idman və əyləncə, təhlükəsizlik olmaqla 71 vəzifəni əhatə edir.
Artıq vakansiyalar üzrə uyğun namizədlərin seçiminə başlanılıb. Vakansiyalarla və vakansiyalara dair tələblərlə tanış olmaq və qeydiyyadan keçmək üçün 11 saylı Ərazi Məşğulluq filialına müraciət edə bilərsiniz.