Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində dövlət-özəl əməkdaşlığı çərçivəsində peşə hazırlığının dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi üçün müraciət edən və müsabiqə yolu ilə seçilən müəssisələrlə görüş keçirilib.
Görüşdə müəssisələr tərəfindən tədris olunacaq peşə və ixtisaslar, həmin peşə və ixtisaslar üzrə müəyyən olunmuş xərc məbləğləri, tədris planı, prosesə cəlb olunan pedaqoji heyətin bilik və bacarıq səviyyəsi, eləcə də peşə hazırlığının təşkili, peşə hazırlığı sisteminin optimallaşdırılması və effektivliyinin artırılması, bu sahədə çevikliyin və rəqabətliliyin təmin olunması istiqamətində görüləcək növbəti işlər haqqında müzakirələr aparılıb. Həmçinin, regionlardan müraciəti daxil olan müəssisələrin prioritet hesab olunması məsələləri də müzakirə olunub.