Peşə hazırlığı kurslarının təşkili ilə əlaqədar işəgötürənlərlə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialı tərəfindən Şamaxı şəhərində fəaliyyət göstərən işəgötürənlərlə peşə hazırlığı kurslarının təşkili ilə əlaqədar görüş keçirilib.


Görüşdə işəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri, əməkdaşlıq imkanlarının artırılması, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığı kurslarının təşkili mexanizmi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və onların işlə təmin olunması istiqamətində görülən tədbirlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.


Həmçinin işəgötürənlərlə birgə peşə hazırlığı kurslarının təşkili prosedurundan söhbət açılıb və dövlətin sahibkarlara göstərdiyi dəstək tədbirlərinin əhəmiyyəti qeyd olunub.