Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu16-18 iyun tarixlərində “Baku Crystal Hall”da "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və "Marsol" MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə təşkil olunacaq sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər tərəfindən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunacaq.
Sərgiyə qatılan isşiz və işaxtaran şəxslərə, eyni zamanda işəgötürənlərə Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat veriləcək, işsiz və işaxtaran şəxslər müxtəlif vakansiyalara müraciət etmək imkanı əldə edəcəklər.
3 gün davam edəcək tədbirdə, həmçinin müxtəlif panel müzakirələri, 16 iyun tarixində isə “Əmək və məşğulluq” altsisteminin təqdimatı baş tutacaq.
18 iyun tarixində Agentliyin Əmək bazarının təhlili və inkişafı departamentinin rəhbəri Elman Sadıqov “Regionlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq və investisiya prespektivləri” adlı paneldə “Regionlarda peşəkar kadrlar və məşğulluq” mövzusu ilə çıxış edəcək.