Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırası genişlənib. Zərflər siyahısına yeni bir istiqamət olaraq aqroturizm də əlavə olunub.
Aqroturizmlə məşğul olmaq istəyən şəxslər özünüməşğulluq imkanlarının qiymətləndirilməsi üçün Bakı şəhəri üzrə DOST Mərkəzlərinə, regionlar üzrə isə Regional Məşğulluq Filiallarına müraciət edə bilərlər.
Aqroturizm fəaliyyətinə başlamaq istəyən şəxslərə bu xidmətin göstərilməsi və təşkili üçün ilk olaraq lazımı məlumatlar öyrədilir, daha sonra isə aktivlərlə təmin edilirlər.
Bu sahənin özünüməşğulluq proqramına daxil edilməsinin əsas səbəbi kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılmasıdır.
Özünüməşğulluq proqramı çərçivəsində təklif edilən biznes sahələri və avadanlıqların siyahısı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:
https://dma.gov.az/fealiyyet/fealiyyet/funksional-istiqametler/ozunumesgulluq