Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində peşə hazırlığının təşkilində əməkdaşlıq edilən özəl müəssisələrlə görüş keçirilib. Görüşdə “Dadashsoy Group” MMC, “HR OPTİON” MMC, ”SQA Group” MMC, “SAT Group” MMC, “TCS” MMC, “Texnolab” MMC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "İKT Tətbiqi və Tədrisi Mərkəzi" MMC, “Baku City Academy” MMC, “Linqva TM” MMC, “Alishovs Education” MMC, “Edusupport” MMC, “GMB Klaster Konsalting” MMC, “Vision Academy” MMC, “Start IT” MMC iştirak edib.
Görüşdə dövlət-özəl sektoru arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, peşə hazırlığı kurslarının səmərəliliyinin artırılması, işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən peşə hazırlığı sahəsində həyata keçirilən islahatlar, müəssisələr tərəfindən tədris olunan peşə və ya ixtisaslar və onlar üçün müəyyən olunmuş xərc məbləğləri, təlim-tədris prosesinə cəlb olunmuş müəllim-pedaqoji heyətin keyfiyyət göstəriciləri, tədris olunan proqramlar və tədris materialları, adambaşına maaliyyələşmə prinsipinin əsasları, gələcək inkişaf istiqamətlərinə dair məsələlər müzakirə edilib.
Özəl müəssisələrin nümayəndələri də öz növbəsində dövlət-özəl əməkdaşlığının əmək bazarında rəqabətədavamlı kadrların hazırlanmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq davamlı və inkişafyönümlü işlərin həyata keçirilməsinin zəruriliyini qeyd ediblər.