Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli onlayn qaydada vətəndaşları qəbul edib. Bu dəfəki qəbulda 3, 5, 6, 14 və 20 saylı Ərazi Məşğulluq Filialları üzrə vətəndaşlar iştirak edib.
Vətəndaşlar özünüməşğulluq proqramı, ictimai iş və Agentlikdə işə qəbul ilə bağlı müraciətlərini ediblər. Müraciətlərin hər biri qeydiyyata alınıb, özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təminat prosesi və ictimai iş üçün üçün müraciət qaydası barədə məlumat verilib, Agentlikdə işə qəbul qaydaları və mərhələləri izah edilib. Araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
Qeyd edək ki, cari ilin 9 ayı ərzində Dövlət Məşğulluq Agentliyinin İdarə heyəti tərəfindən ümumilikdə 60 onlayn vətəndaş qəbulu keçirilib. Həmin qəbullarda 346 vətəndaş iştirak edib. Onlardan 199 nəfəri işlə bağlı, 135 nəfəri özünüməşğulluq proqramı, qalanları isə digər məsələlərlə bağlı müraciət edib.