Novruz bayramı münasibətilə qazi ailələri ziyarət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin rəhbər şəxsləri Vətən müharibəsi iştirakçıları Xəlil Hüseynov, Niyazi Musayev, Hüseyin Atakişiyev və Məhəmməd Abdullayevin ailələrində olublar.

 

Agentliyin sədri Mustafa Abbasbəyli qaziləri və onların ailə üzvlərini Novruz bayramı münasibəti ilə təbrik edib. Onların sosial vəziyyətlərinin daim diqqətdə olduğunu və sosial dəstəklə təmin olunmaları sahəsində işlərin bundan sonra da davam edəcəyini bildirib.

 

Son günlərdə qazilərin hər biri ilə bağlı digər sahələrdə olduğu kimi, aktiv məşğulluq proqramları çərçivəsində də dəstək işləri aparılıb.

 

Özünüməşğulluq proqramı çərçivəsində X.Hüseynova poliqrafiya xidmətləri, M.Abdullayevə bərbərlik üzrə özünüməşğulluq fəaliyyətlərini qurmaları üçün avadanlıqlar verilib. H.Atakişiyevin atası Əfqan Atakişiyev uzun müddət dərzi fəaliyyəti ilə məşğul olduğundan və hazırda işsiz olduğu nəzərə alınaraq kiçik dərzi sexini qurması üçün aktivlərlə təmin edilib. N.Musayev və həyat yoldaşının da ötən ay məşğulluğu təmin edilb.

 

Ailələrin sosial durumu bundan sonra da daim diqqətdə saxlanacaq.

 

alt text

 

alt text

 

alt text

 

alt text

 

alt text

 

alt text