Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin növbəti vətəndaş qəbulu Salyanda baş tutub.
Qəbuldan öncə Agentlik sədri Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan Səmədov Elmin Mirzəli oğlu, İsayev Sadiq Rəşad oğlu və Hüseynov Elmir Abdul oğlunun ailəsi ilə görüşüb, yaxınlarına başsağlığı verilib. Hər üç şəhid ailəsinin sosial vəziyyəti ilə maraqlanıb.
M,Abbasbəyli daha sonra qəbula müraciət edən Salyan rayon sakinləri ilə görüşüb. Ümumilikdə 19 vətəndaşın qatıldığı qəbulda müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.