Növbəti onlayn vətəndaş qəbulu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli onlayn qaydada vətəndaşları qəbul edib. Bu dəfəki qəbulda 1, 7 və 11 saylı Ərazi məşğulluq filialları üzrə vətəndaşlar iştirak edib.

 

Vətəndaşlar özünüməşğulluq proqramı, ictimai iş və Agentlikdə işə qəbul ilə bağlı müraciətlərini ediblər. Onlara özünüməşğulluq proqramının həyata keçirilmə mərhələləri, ictimai iş və Agentlikdə işə qəbul qaydaları barədə məlumat verilib. Araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib. 

 

Qeyd edək ki, cari ilin 10 ayı ərzində Dövlət Məşğulluq Agentliyinin İdarə heyəti tərəfindən ümumilikdə 67 onlayn vətəndaş qəbulu keçirilib. Qəbullarda 366 vətəndaş iştirak edib.

 

alt text