Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Qərbi Kaspi Universitetində əmək yarmarkası keçirilib.

 

Tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyev, Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri Hüseyn Bağırov, Təhsil nazirinin müşaviri Elnur Nəsibov, millət vəkilləri Ceyhun Məmmədov, Vüqar Bayramov və Müşfiq Məmmədli və digər qonaqlar iştirak edib.

 

Yarmarkaya ölkənin tanınmış 30-dək şirkəti tərəfindən 300-ə yaxın vakansiya təqdim edilib. Ümumilikdə isə 700-dən çox məzun və sonuncu kurs tələbəsi yarmarkada iştirak üçün qeydiyyatdan keçib. İşəgötürənlər tərəfindən namizədlərlə fərdi müsahibələr aparılıb və ilkin mərhələdə müsbət dəyərləndirilən işsiz və işaxtaran şəxslər növbəti mərhələyə dəvət olunacaq.